AZ

Saxta teror həyəcanı - VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Tverdə nəqliyyat təhlükəsizliyi xidmətləri göstərən özəl şirkətin yol körpüsünün altına partlayıcı qurğu maketini yerləşdirən iki əməkdaşını saxlayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Tver şəhərində terror aktı barədə bilərəkdən yalan məlumat verən bir qrup şəxsin qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.

İdarənin məlumatına görə, həmin şəxslər Tvertsa çayı üzərindən iki avtomobil körpüsünün dayaqları altında üç partlayıcı qurğu nmaketi hazırlayıb quraşdırıblar. Bundan sonra onlar gözlənilən terror aktı barədə məlumat veriblər.

Terror aktı barədə bilə-bilə yalan məlumat verməklə bağlı cinayət işi açılıb. Yalan məlumat verənlər həbs ediliblər.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla