AZ

Fərhad Əliyev: “Azərbaycan beynəlxalq reqataya 100-dək idmançı ilə qatılacaq”

“Azərbaycan "Prezident kuboku-2024" beynəlxalq reqatasında 100-ə yaxın idmançı ilə təmsil olunacaq”.

Bunu İdman.bizə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

O bildirib ki, 21 ölkənin 30 komandasının qatılacağı "Prezident kuboku-2024"də azərbaycanlı idmançılarının sayı arta da bilər: “Ötən illərdən fərqli, bu dəfə beynəlxalq reqatamızda iştirak edən ölkə və idmançı sayı çoxdur. Təkcə xarici ölkələrdən reqataya 160 avarçəkən gələcək. Bizim ilk “Prezident kuboku”nda 4, ötənilki yarışda 17 ölkə iştirak edirdisə, bu dəfə artıq 21 ölkədən 30 komanda öz gücünü sınayacaq”.

Onun sözlərinə görə, bu dəfə bağlanış mərasimində ifaçı Hiss Mingəçevirdə konsert də verəcək: “Bununla bağlı bizə Mingəçevir şəhərinin sakinləri tərəfindən xeyli sayda suallar ünvanlanır. İdmanda əyləncəli hissə olduğu halda insanların marağı artır. Bununla da idman növünün kütləviliyi və populyarlaşması təmin edilir. Bu, xaricdə normal praktika kimi istifadə olunur. Biz də artıq ötən ildən etibarən bu üsuldan istifadə edilik”.

Qeyd edək ki, Mingəçevir şəhərində baş tutacaq “Prezident Kuboku 2024” beynəlxalq reqatası aprelin 30-dan mayın 3-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla