AZ

Komanda çemponatı tərk eləsə, o, baş məşqçi postunda qalacaqmı?

I Liqada mövsüm final mərhələsinə daxil olub.

Çempionatın başa çatmasına cəmi 5 tur qaılb.

İlk dəfə bu səviyyəli yarışda iştirak edən «Araz Saatlı» 10 xal toplayıb. Debütant bu göstərici ilə turnir cədvəlinin axırıncı - 10-cu pilləsində yerləşib.

Aran təmsilçisi ondan bir üst pillədəki «Difai»dən 7 xal geri qalır. İşlər bu cür davam etsə, «Araz» gələn sezona II Liqada başlayacaq.

Ötən ilin payızında komandanın sükanı arxasına keçmiş Rüfət Quliyevin aqibəti necə olacaq? Baş məşqçinin bu suala cavabını dinləyək:

«Bu barədə danışıqlar aparmaq tezdir. Bəlli deyil ki, gələcəkdə nələr olacaq.

Komandada çətinlik çoxdur. Şəraitdən asılı olmayaraq, nəsə etməyə cəhd edirik.

Lazım bilsələr, kömək etməyə davam edəcəm. Yox, ehtiyac görməsələr, təbii ki, yollarımız ayrılacaq.

Güman ki, mayın axırında rəhbərliklə oturub bu haqda danışacağıq. Mən hələ də nikbinliyimi itirməmişəm.

Çempionatın yekunlaşmasına beş tur qalıb və biz vəziyyəti dəyişmək üçün son anadək mübarizə aparacağıq».

SPORTİNFO.AZ

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla