AZ

Dünya yenə təhlükədə – Nüvə evakuasiyasında qorxulu fasilə yarandı

Yaponiyada Fukuşima Atom Elektrik Stansiyasında elektrik kəsilməsi baş verib və bu səbəbdən dayandırılan tullantı suları yenidən axıdılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, zavodun operatoru “Tokyo Electric Power” (TEPCO) şirkətinin bəyanatına görə, elektrik stansiyasında qazıntı işləri nəticəsində elektrik naqili zədələnib.

Məlumat verilib ki, seysmik izolyasiya binasında qaz turbin generatorunda gərginlik itkisi nəticəsində kabelin zədələnməsi nəticəsində elektrik enerjisi qismən kəsilib. Buna baxmayaraq,  hələ ki, proses boyu stansiya reaktorlarında soyutma funksiyaları qorunur. Radioaktiv tullantı sularının təhlükəsizliyi ilə bağlı vəziyyət stabil olaraq qalır.

Qazıntı işləri zamanı elektrik kabeli zədələnib, hadisə nəticəsində bir işçi xəsarət alıb. Xəstəxanaya çatdırılan xəsarət almış işçinin bədənində radioaktiv çirklənmə aşkar edilməyib.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və ardınca baş vermiş sunami nəticəsində elektrik stansiyasının reaktorunda yaranan nüvə çökmələri havaya buraxılıb və stansiyanın ətrafı evakuasiya zonası elan edilib.

Radioaktiv tullantı sularının Sakit Okeana buraxılmasına 2023-cü ilin avqustunda başlanılıb. 2023-cü ildə 4 mərhələdə ümumilikdə 31 min 200 ton çirkab su axıdılıb.

Əməliyyat şirkəti 7 axıtma mərhələsində 31 mart 2025-ci ilə qədər cəmi 54 min 600 ton çirkab sularının axıdılmasını planlaşdırır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla