AZ

NATO ölkələrinin nüvə silahı Polşada yerləşərsə... -XƏBƏRDARLIQ

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, NATO ölkələrinin nüvə obyektləri daimi olaraq Polşada yerləşərsə, Rusiyanın hərbi hədəfinə çevriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, alyansın nüvə missiyalarının genişləndirilməsi, hansı ölkələrdən ona qoşula biləcəyindən asılı olmayaraq, müstəsna olaraq sabitliyi pozur və təhdid edir.

Ryabkov əlavə edib ki, Polşada və xaricdə nüvə obyektlərinin yerləşdirilməsini müzakirə edən bütün siyasətçilər başa düşməlidirlər ki, bu cür qərarlar Polşaya təhlükəsizlik gətirməyəcək və müvafiq obyektlər mütləq hədəfə çevriləcək.

Xatırladaq ki, bundan əvvəl Polşa prezidenti Anjey Duda ABŞ-ın nüvə silahlarını Polşa ərazisinə yerləşdirməyə hazır olduğunu bəyan edib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansının Polşa və digər NATO ölkələrində nüvə qüvvələrini yerləşdirmək planı yoxdur.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla