AZ

Azərbaycana yatırılan investisiyalar artacaq - ŞƏRH

Bakı. Trend:

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildəən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100reytinqini açıqlayıb.

Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.

Məsələni Trend-ə şərh edən iqtisadçı-ekspert Eyyub Kərimlibildirib ki, ölkəmizin iqtisadi imkanları getdikcə artır.

"Bunun da bir neçə səbəbi var. Azərbaycana in­vestisiyaqoyuluşuna marağın getdik­cə artması ölkəmizdəki sabitlikdir.Hökumət tərəfindən aparılan is­lahatlar nəticəsində ölkədə güclüiqti­sadi potensial formalaşıb. Azərbaycan beynəlxalqmüqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtındayerinə yetirir", - o deyib.

Ekspert qeyd edib ki, artıq ölkəmiz Qarabağ problemini həlledib, həm də sülh danışıqları prosesində irəlilyişlər var.

"Bu baxımdan da ölkəmiz investorları özünə cəlb edir. İşğaldanazad edilmiş və digər ərazilərimizdə geniş iqtisadi imkanlaryaranmağa başlayıb. Bu da gələcəkdə baş verəcək logistikaimkanlarının genişlənməsi, yük axınının artmasıdır. Digər tərəfdənölkəmiz yeni strategiya və texnologiyalar tətbiq etməyə başlayıb.Bu da yaşıl enerjidir ki, dünyada iqtisadi trendlər istiqamətindəinkişaf edir və ölkə olaraq proseslərin önündəyik. COP29 kimimötəbər tədbirin ölkəmizdə keçirilməsi xarici investisiya axınınamüsbət təsir edir", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlbolunmuş 6,7 milyard birbaşa xarici investisiyada neft-qazsektorunun xüsusi çəkisi 69,9 % olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu nisbət 2022-ci illə 71 % olub.

Ötən il birbaşa xarici investisiyalar əvvəlki ilə nisbətən 6,3 %artıb.

Azərbaycana
Məqalədə:
Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla