AZ

“Futbolçularım özlərini ulduz sayıb, rəqibə yuxarıdan aşağı baxdılar” – şok məğlubiyyətə izah

Futbol üzrə ölkə çempionatında 2-ci liqanın 22-ci turu çərçivəsində keçirilən oyunların birində sensasiya baş verib.

Belə ki, aşkar autsayder “Kürmük Qax” evdə ortabablardan “Sheki City”ni darmadağın etməyi (4:1) bacarıb. “Sheki City”nin prezidenti Elgün Hüseynov şok məğlubiyyətlə bağlı “Football-plus.az”a bunları dedi:
“Futbolçularım özlərini ulduz sayıb, rəqibə yuxarıdan aşağı baxdılar. “Kürmük Qax” da onları cəzalandırdı. Başqa məntiq tapa bilmirəm. Özlərini rahat hiss etdilər. Ona görə də nəticə belə oldu”.


ƏSƏD SEYİDOV
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla