AZ

Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ (FOTO)

Bakı. Trend:

24 aprel 2024-cü il tarixində Dövlət Şəhərsalma və ArxitekturaKomitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininrəisi Read Qasımov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladəvə səlahiyyətli səfiri İlhom Abdurahmon və paytaxtımızda səfərdəolan Düşənbə Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəismüavini Feyzulla İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti iləişgüzar görüş keçirib.

Trend-in məlumatına görə, R.Qasımov qonaqlarla Bakının 30 dekabr2023-cü il tarixində qəbul edilmiş 2040-cı ilə qədər inkişafınadair Baş Planı ilə nəzərdə tutulmuş inkişaf istiqamətləri, sonillər ərzində şəhərsalma sahəsində aparılan önəmli işlər, innovativyanaşmaların tətbiqi ilə bağlı təcrübəni bölüşüb.

O, eyni zamanda beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq,xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) və 2026-cı ildəÜmumdünya Şəhərsalma Forumuna (WUF13) məhz Azərbaycan paytaxtınınevsahibliyi etməsini ölkəmizin beynəlxalq nüfuzunun və əldə etdiyinailiyyətlərinin təzahürü olduğunu vurğulayıb.

Tərəflər həmçinin Bakı və Düşənbə şəhərləri arasında memarlıq vəşəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini müzakirəediblər. Baş İdarə mütəxəssisləri ilə şəhərimizdə olan qonaqlarınölkəmizdə bu sahədə həyata keçirilən uğurlu layihələr barədə genişfikir mübadiləsi aparması barədə razılığa gəlinib.

Bakı
Bakı
Bakı
Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla