AZ

Bu ölkələrin vətəndaşları Azərbaycana axışırlar

"Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır".

Publika.az xəbər verir ki, bu məlumatı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, digər diqqəti çəkən məqam isə Hindistandan gələnlərin sayındakı artımdır:

"Ümumi turistlərin sayına görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar. Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb.

Seçilən
19
9
Mənbələr
Şərh ()
Bağla