AZ

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? – Prezident nöqtə qoydu

Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bizdə olan məlumata görə, üzv dövlətlər arasında vaxtaşırı iqtisadi fikir ayrılıqları meydana gəlir və dediyim kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə bizim çox yaxşı münasibətlərimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Biz çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmirik”, - Prezident vurğulayıb.

Azərbaycan lideri həmçinin deyib ki, hazırda bizim belə planlarımız (Aİİ-yə üzv olmaq – red.) yoxdur:

“Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir”.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla