AZ

“Haber Global”da ukraynalı deputatların Vardanyanla bağlı etirazına həsr edilən süjet yayımlanıb - VİDEO

Ukrayna Ali Radasının 18 deputatı özünü Qarabağdakı erməni separatçıların rəhbəri elan etmiş Ruben Vardanyanın Nobel sülh mükafatına namizədliyinə etiraz olaraq parlamentə müraciət ünvanlayıb.

Bu barədə “Haber Global” televiziya kanalında yayımlanan süjetdə qeyd olunub.

Süjetdə vurğulanıb ki, ukraynalı millət vəkillərinin hazırladığı sənəddə Ukraynada davam edən müharibəni maliyyələşdirən Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd göstərilməsi absurd və qəbulolunmaz fakt kimi təqdim olunur.

“Biz terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, müharibənin sponsoru olan bu adamın sülh mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. O, Ukraynanın düşmənidir”, - deyə ukraynalı millət vəkillərinin müraciətində qeyd olunub.

Daha ətraflı videosüjetdə:

Seçilən
14
2
Mənbələr
Şərh ()
Bağla