AZ

Kafedə adam öldürən azərbaycanlıya 22 il həbs CƏZASI

Rusiyanın paytaxtı Moskva şəhərində məhkəmə 12 il əvvəl 27 yaşlı gənci qətlə yetirən 36 yaşlı azərbaycanlını 22 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “e” və “g” bəndləri ilə təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Məlumata görə, 2012-ci il sentyabrın 26-da məhkum və onun əlaltıları Krasnıy Mayak küçəsində yerləşən kafeyə gələrək növbə ilə zərərçəkmişə tapançadan atəş açıblar. Kişi xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Müstəntiqlər və kriminalistlər iş materiallarını təhlil edərək, sübutları yoxlayıb və azərbaycanlını saxlaya biliblər. Məlum olub ki, o, əvvəllər də xüsusilə ağır cinayətlərə görə məhkum olunub. Onun şərikləri barəsində ayrı-ayrı icraatlarda iş ayrılıb və onların axtarışları davam edir.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla