AZ

SON DƏQİQƏ: Ermənilər Azərbaycana aid körpünü tutdular, GƏRGİNLİK pik həddə - Elxan Şahinoğlu CANLIda

Tavuşun Kirants kəndinin sakinləri delimitasiya prosesi çərçivəsində Azərbaycana verilməsi planlaşdırılan körpünün qarşısını kəsiblər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Kənd sakinlərinin sözlərinə görə, ərazinin minalardan təmizlənməsi prosesi və digər delimitasiya işləri bu yerdən bir qədər uzaqda aparılacaq. Kənd sakinləri bunun qarşısını almağa çalışırlar.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla