AZ

Roma Papası dünyanı sülhə çağırıb

Papa Fransisk Ukrayna və Qəzza zolağında davam edən müharibələr fonunda dünyanı sülhə çağırıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

“Danışıqlar əsasında bağlanmış  sülh sonsuz müharibədən yaxşıdır. Xahiş edirəm, müharibədə iştrak edən  bütün ölkələr müharibəni dayandırsın. Danışıqlar aparın, sülh bağlayın” - deyə o bildirib.

Qeyd olunur ki, Roma Papası moizələri zamanı tez-tez Ukrayna və Qəzzadakı münaqişələri xatırladır. Bu ayın əvvəlində Pasxa Bazar ayini zamanı o, Qəzza zolağında atəşkəs və Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinə qətiyyətlə çağırıb.

Papa Fransiskin sözlərinə görə, o, sülh üçün çox dua edir və bu, danışıqlara kömək edə bilər.
Havar Şəfiyeva

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla