AZ

“Liverpul”un baş məşqçisi azarkeşlərdən üzr istədi

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp “Everton”a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXIX tur matçından sonra azarkeşlərən üzr istəyib.

Msport.az “BBC Sport”a istinadən xəbər verir ki, alman mütəxəssis komandanın çempionluq şanslarını da dəyərləndirib.

“Liverpul” titul qazana bilərmi? Əgər “Arsenal” və “Mançester Siti” üçün işlər çox pis gedərsə, mümkündür. Bilmirəm, bu axşama görə azarkeşlərdən ancaq üzr istəyə bilərəm. Özümüzü daha yaxşı göstərməli idik, amma bunu bacarmadıq”.

“Liverpul” hazırda Premyer Liqa turnir cədvəlində 2-ci yerdədir. “Qırmızılar” lider “Arsenal”dan 3 xal, “Mançester Siti”ni isə 1 xal qabaqlasa da, “şəhərlilər”in ehtiyatda 2 oyunu var. Mersisaydlılar növbəti matçını aprelin 27-də səfərdə “Vest Hem”ə qarşı keçirəcəklər.

Seçilən
38
18
Mənbələr
Şərh ()
Bağla