AZ

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Yazıçı, şair Cəlil Cavanşir I Cəlil Cavanşir Mütaliə Marafonu keçirəcək.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı özü feysbukda məlumat verib:

"Əziz dostlar, "Mütaliə Marafonu" keçirmək qərarına gəlmişəm. Deməli, sonuncu kitabım "Gənc şairin dilemması"nı oxuyub, suallara cavab verib 500 manat qazanacaqsınız".

Daha sonra müəllif marafonun şərtlərini açıqlayıb:

"Şərtlər sadədir. Kitabımı əldə edirsiniz, oxuyursunuz, sonra bizim uşaqlar sizinlə bir az sual cavab edir, birinci yerin qalibinə 500 manat verirəm. Bundan sonra Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız".

Yazıçı sponsorluq üçün Təhsil Nazirliyinə və Mədəniyyət Nazirliyinə müraciət edəcəyini deyib.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla