AZ

Azərbaycanda sahibkarlıq inkişaf edibmi?

Bu gün Azərbaycanda sahibkarlar günü kimi qeyd edilir. 
 
Bəs görəsən bu gün ölkədə sahibkarlıq nə qədər inkişaf edib?
 
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Moderator.az-a danışıb.
 
 
“Azərbaycanda sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün Qlobal Sahibkarlıq Sammitinin (GES) və Qlobal Sahibkarlıq Monitoru (GEM hesabatına diqqət çəkmək istəyirəm. Hesabatda bildirilir ki, hələ sahibkarlığa ciddi zərər vuran pandemiyanın olduğu 2020-ci ildə belə  pandemiya olduğu bütün dünyada sahibkarlar 148 milyon yeni iş yeri yaradıblar ki, bu da qlobal işçi qüvvəsinin 42%-nə bərabərdir.  GES hesabatda həm də bildirilir ki, kiçik və orta sahibkarlıq (KOB) dünya üzrə bütün bizneslərin 90%-ni təşkil edir.
GES və GEM –in hesabatını kənara qoyub, inkişaf edən, sosial rifahı yüksək olan hansı ölkəni götürüb baxsaq, görərik ki, bu ölkələr KOB-ları ən yüksək səviyyədə inkişaf edən ölkələrdir. Odur ki, ölkəmiz üçün də kiçik və orta biznes subyektlərinin əhəmiyyəti müqayisəyə gəlməzdir.
 
Bu gün Azərbaycanda Sahibkarlar Günü qeyd edilir. Bu münasibətlə ölkəmiz üçün son dərəcə önəmli olan bu fəaliyyət sahəsinin bütün subyetlərini, KOB subyektlərimizi, o cümlədən qadın sahibkarlarımızı, gənc sahibkarlarımızı və sosial sferaya həssas sahibkarlarımızı səmimi qəlbdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram”.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla