AZ

“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL

Xəbər verdiyimiz kimi Qobu qəsəbə sakini Məlik Gülməmmədli Moderator.az-a müraciət edərək yaşadığı Qobu ərazisində kurqanın olduğunu iddia etmişdi. Onun dediyinə görə kurqan “Xəncər Piri” adlanan təpədə olub. Bu kurqanın Çingiz xanın adı ilə bağlı olduğunu da mənbələr deyir.
 
Mövzu ilə bağlı Arxeologiya və Antropologiya institutundan İradə Məmmədova Moderator.az-a açıqlama verilib.
 
“Həmin şəxs məktub vasitəsilə Arxeologiya və Antropologiya institutuna müraciət etməlidir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə də müraciət edə bilər. Bizə aid olan hissə ilə biz məşğul olacağıq. Əraziyə baxış keçirilib arxeoloji qazıntılar aparılandan sonra həmin şəxsə məlumat veriləcək. Hələ ki, konkret bir söz demək çətindir” deyə bildirib.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov isə həmin ərazidə kurqanların olduğunu istisna etməyib.
 
“Öncə onu deyim ki, Qobu və Qobustanda, yaxud digər ərazilərdə kurqanların olması istisna deyil. Bəli, kurqanlar ola bilər. Əgər bu ərazilərdə insanlar, yaşayış məskənləri olubsa kurqanların da mövcudluğu istisna deyil. O ki, qaldı Çingiz xanın Qobuda dəfn olunmasına.. Ehtimal həmişə var və danışılır. Bu yoxlanılmalı, baxılmalı və araşdırılmalı bir işdir. Şəxsən mən buna inanmıram. Bu ərazidə arxeoloji qazıntılar aparılmalıdır. Arxeoloji qazıntıların aparılması da hansısa bir planlar əsasında olmalıdır. Buna Mədəniyət nazirliyi qərar verməlidir. Arxeoloqları onlar dəvət etməlidir. Arxeoloq işçidir, fəhlədir, vəzifəsinin icrası üçün çalışan adamdır. Baxmayaraq ki, ali təhsili, yüksək elmi adı var. Bu insanlar qazıntı işləri ilə məşğul olurlar. Bu gərək onların rəhbərliyi tərəfindən planlaşdırılmış vəziyyətdə onlara təqdim olunsun ki, onlar da gedib orada qazıntı işləri aparsınlar” deyə Faiq İsmayılov bildirib.
Faiq İsmayılov ölkəmizdə bərpaçıların azlığından da gileylənib.
 
“Azərbaycanda bərpaçı yetişmir. Bu gün abidələrin bərpasında xeyli kobud səhvlərə yol verilir. Bir bərpaçı peşə yaxud ali məktəbi yoxdur” deyə o bildirib.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla