AZ

ABŞ Rusiyanı nüvə müharibəsini təhrik etməkdə ittiham etməyə çalışıb

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanı nüvə müharibəsini təhrik etməkdə ittiham etməyə cəhd edib.

Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Qeyd olunub ki, Rusiya bu bəyanatı BMT Təhlükəsizlik Şurasında ABŞ və Yaponiyanın kosmosda nüvə silahından istifadə edilməməsinə dair qətnamə layihəsinə veto qoymasından sonra verib.

Tomas-Qrinfild Yaponiya səfərindən qayıtdığını və burada nüvə bombasının düşdüyü sonuncu yer olan Naqasakini ziyarət etdiyini bildirib. “Bu, müharibə bəlasının qarşısını almaq və nüvə silahlarının dəhşətlərinin bir daha heç bir yerdə təkrarlanmamasını təmin etmək üçün dərin məsuliyyətimizi xatırlatdı. Təəssüf ki, bu gün Rusiya bu məsuliyyətdən əl çəkib”, – deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla