AZ

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

HalalBooking 2024-cü il İslam Kanalı Biznes Mükafatlarında mükafatlandırılıb. Startap müsəlmanlar üçün səyahət sektorunda müstəsna töhfələrinin və nailiyyətlərinin tanınması olaraq İslam Kanalının “Təsisçisi Mükafatı”na layiq görülüb.

İslam Kanalının qurucusu Mohamed Ali Harrath tərəfindən təsis edilən mükafatlandırma mərasimi öz sahələrində diqqətəlayiq liderlik, innovasiya və uğur nümayiş etdirən biznesləri bir araya gətirir.

HalalBooking-in müsəlmanların səyahət təcrübələrinə dəyişdirici təsiri onlara bu nüfuzlu etirafı qazandırıb.

Mükafat HalalBooking-in təsisçisi və baş direktoru Ənvər Cəbi və həmtəsisçisi və CMO, Ufuk Seçgin tərəfindən qəbul edilib. Onlar mükafatı xüsusi HalalBooking komandası adından millət vəkili Dr. Rosena Allin-Khan və Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaşdan alıbar.

HalalBooking İslam qaydalarına uyğun olan seçilmiş hotel və istirahət mərkəzlərində istirahət planlamasını həyata keçirməkdə kömək edir. 
© tech.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla