AZ

Simone İnzaqi “İnter”in qarşıdakı transferlərindən danışdı

İtaliya A Seriyasının cari mövsümünün çempionu “İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin gələcək transferlərindən danışıb.

Arena.az “Inter Xtra” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssisin fikrincə, bəzən əvvəlcədən planlaşdırıldığından daha çox pul xərcləməyə icazə verməyə dəyər:

“Rəhbərlikdən yeni oyunçular almağı xahiş etməliyəmmi? Biz bilirik ki, maliyyə baxımından bəzi məhdudiyyətlərimiz var, amma bəzən onları aşmaq gərəkdir”, deyə Simone İnzaqi vurğulayıb.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının 33-cü turunun “Milan”la səfər oyununda əzəli rəqibini 2:1 hesabı ilə məğlub etməklə, erkən surətdə İtaliya çempionu olub.

Hazırda “neradzurri” 33 86 xalla İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edirlər. “İnter” ən yaxın təqibçisi, əzəli rəqibi “Milan”ı 17 xal qabaqlayır. “Rossoneri”nin 69 xalı var.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla