AZ

Bakı Avrasiya Universitetinin şəhidləri... - TANIYAQ  

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Bakı Avrasiya universitetinin  rektorun köməkçisi Şəfayət Müzəffəroğlu AzEdu.az-a  bildirib ki, universitetin 2 tələbə, 1 məzun olmaqla, 3 şəhidi var.

 

“Onlar Vüqar İsmayılov, Anar İsgəndərov və Şamxal Əlizadədir” .

 

Qeyd edilib ki, şəhid məzunların əziz xatirəsinə davamlı tədbirlər həyata keçirilir:

 

“Həmçinin, 20 oktyabr 2022-ci ildə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Anar İsgəndərovun xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib”.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla