AZ

İlham Əliyev Almaniyaya niyə gedir? – Səfərin məqsədi AÇIQLANDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfər edəcəyi gözlənilir.

Ulusal.az-ın məlumatına görə, Azərbaycan Prezidenti Almaniya səfərinin məqsədini açıqlayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan-Almaniya əlaqələri son vaxtlar daha fəal təmaslarla davam edir. İlham Əliyev Almaniyaya gözlənilən səfərinin məqsədindən danışıb:

“Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük.

Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur.

Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk”.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla