AZ

“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”

“Türkiyənin düşmənləri də qonşu dövlətlərin, o cümlədən İraqın daxilindəki problemlərdən qardaş ölkəyə qarşı geniş surətdə istifadə edirlər...”
 
“Ərdoğanın Bağdad səfəri kifayət qədər əhəmiyyətli səfər idi. Biz anlamalıyıq ki, İraq bir dövlət olaraq qalmaqdadır. Amma biz görürük ki, həmin dövlətin tərkibində ən azı konfederativ əlaqələrdə olan komponentlər var; kürd avtonomiyası, şiələrin yaşadığı və əksəriyyət təşkil edən sünnilərin yaşadığı bölgələr... Və onların arasında, belə deyək, vahid dövləti xarakterizə edən elementlər hələ də tam şəkildə qüvvəyə minməyib. Yəni Bağdaddakı administrasiya müxtəlif bölgələri heç də tam şəkildə idarə edə bilmir. Bu, Türkiyə ilə qonşu olan bu dövlətdə faktiki olan bir vəziyyətdir. Və bu vəziyyəti nəzərə alaraq Türkiyənin İraqla bağlı siyasəti çox mürəkkəbdir. Çünki biz hamımız başa düşməliyik ki, qardaş ölkənin bu dövlətlə əlaqələri, eləcə də onun daxilində gedən proseslərlə bağlılığı çox vacibdir. Bu mənada Türkiyə Cümhurbaşqanının da xeyli fasilədən sonra İraqa səfəri çox vacib olmaqla yeni əlaqələrin bünövrəsini qoyur”.
Bu fikirləri Moderator.az əməkdaşının “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 12 illik fasilədən sonra İraqa səfərini necə dəyərləndirirsiz” sualını cavablandırarkən keçmiş xarici işlər naziri Tofiq Zülfqarov ifadə edib.
 
“Mediadan da məlum olur ki, Ərdoğanın Bağdaddakı görüşləri çox yüksək səviyyədə keçib. Və belə səfərlərdə Türkiyə dövlətinin əsas məqsədi öz daxilindəki təhlükəsizlik konstruksiyasını gücləndirməkdir. Çünki Türkiyənin düşmənləri də qonşu dövlətlərin, o cümlədən İraqın daxilindəki problemlərdən qardaş ölkəyə qarşı geniş surətdə istifadə edirlər. Odur ki, Türkiyə on illərdir ki, belə məsələlərin həllinə daim diqqət yetirməkdədir.  Türkiyə hələ  hətta Səddam Hüseynin vaxtında da İraqın bəzi bölgələrindəki terrorçulara qarşı əməliyyatlar həyata keçirirdi. Bir sözlə, Türkiyə-İraq münasibətlərinin uzun tarixi var və hesab edirəm ki, indiki mərhələdə Ərdoğanın bu səfəri uğurlu olmaqla bir çox məsələlərə aydınlıq gətirib”, -deyə  davamında sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla