AZ

Finalda təkrarlanan 6-cı cüt

Ölkə kubokunun 2023/24 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdü. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz”- “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.

Seçilən
27
9
Mənbələr
Şərh ()
Bağla