AZ

Piyadaların vurulması ilə nəticələnən qəzaların qarşısını necə almaq olar? - Ekspert danışdı

"Piyadaların ölümü ilə nəticələnən yol qəzaları son dövrün ən məyusedici xəbərlərindəndir".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında yol qəzalarının 40 faizinin piyada vurulması ilə bağlı hadisələrin olması məlumatını şərh edərkən deyib.

O bildirib ki, piyadaların ölümü ilə nəticələnən yol qəzalarının statistikasında acınacaqlı vəziyyət var:

348652

"Piyadaların vurulması bəzən günün qaranlıq vaxtlarına təsadüf edir. Bəzi hallarda isə piyadalar yolun müəyyən olunmamış ərazisindən keçəndə qəzalar baş verir. Yəni piyada keçidi ilə hərəkət etmədikdə qəzaların baş vermə ehtimalı daha da artır. Bu tip hallara görə piyada ölümü ilə nəticələnən yol qəzalarının statistikası daha qabarıq şəkildə üzə çıxır".

Ekspert qeyd edib ki, piyadaların iştirakı ilə baş verən yol qəzalarında ölüm riski daha yüksəkdir:

"Bu da çox təəssüfləndirici haldır. Düşünürəm ki, piyadaların vurulması ilə yaşanan yol qəzalarının qarşısını yalnız maarifləndirmə ilə almaq olar. İnsanları daha yaxşı başa salaraq yol hərəkəti qaydalarını öyrətmək lazımdır. Hətta deyərdim ki, mahiyyət etibarilə başqa effektiv üsul da yoxdur".

Pərviz

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla