AZ

Fəaliyyət göstərən vəkillərin 18%-i qadındır - Anar Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Vəkillər Kollegiyasının 18%-ni qadınlar təşkil edir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 
 
O bildirib ki, hazırda 472 qadın vəkil var. Onlardan 3 nəfəri regionda, 30 nəfəri isə Bakıda çalışır. 
 
"Vəkilliyə qəbulla bağlı test imtahanında iştirak edən 48008 nəfərdən 1483 nəfəri uğur qazanaraq vəkil andı içib. Hazırda icbari təlimləri başa vuran 33 namizəd Vəkillər Kollegiyasına qəbul olunub. Andiçmədə iştirak edənlərin 21 nəfəri kişi, 12 nəfəri isə qadındır", - Anar Bağırov aprelin 25-də vəkillərin andiçmə mərasimdə bildirib. 
 
Hazırda Vəkillər Kollegiyasında 2454 nəfər vəkil fəaliyyət göstərir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla