AZ

Ali Məhkəmənin sədri: "İnvestisiyanın qorunmasında müstəqil, güclü və ədalətli məhkəmə sistemi tələb olunur"

"Bildiyiniz kimi, bazar iqtisadiyyatında dayanıqlı iqtisadi inkişaf davamlı investisiya yatırımları tələb edir. İş adamları isə siyasi stabil, sərmayələrinin yüksək səviyyədə qorunduğu və möhkəm hüquqi müdafiəsi olan ölkələrə yatırımlar etməkdə maraqlıdırlar. Çünki investisiyanın qorunmasında müstəqil, güclü və ədalətli məhkəmə sistemi tələb olunur".

"2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə məhkəmə-hüquq sistemində böyükhəcmli islahatlar başlayıb. Bu çərçivədə ölkənin müxtəlif regionlarında ixtisaslaşdırılmış inzibati və kommersiya məhkəmələri yaradılıb. Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyəti ilə bağlı kommersiya mübahisələrinə baxır. Bu islahatlar məhkəmə strukturunda ixtisaslaşmanın və optimallaşdırılmanın artırılmasına və iş yükünün daha balanslı bölüşdürülməsinə yol açıb. Bununla yanaşı, kommersiya məhkəmələrinin yaradılması sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi və nəticədə ölkəmizdə biznes və investisiya iqliminin daha da yaxşılaşdırılması istiqamətində önəmli mərhələ olub", - deyə sədr qeyd edib.

İ.Kərimov deyib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmə islahatlarının mərkəzində yer alan aparıcı qüvvə kimi digər dövlət orqanları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübəni öyrənib və təhlil edib: "Nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə hakimiyyətinin institusional potensialının gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bir çox normativ hüquqi aktlar qəbul olunub. Təbii ki, bütün bunlar ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi, hüquq və azadlıqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir".

Ali Məhkəmənin sədri onu da qeyd edib ki, bu islahatlar ölkənin məhkəmə sistemi ilə məhdudlaşmır, daha geniş sahələri əhatə edir: "Baxmayaraq ki, mübahisələrin alternativ həlli institutları ölkəmizdə yeni deyil, ancaq aparılan son islahatlar bu institutların inkişafına önəmli təkan verib".

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla