AZ

Laçına da şəxsi avtomobillə getmək mümkün olacaq

Bakı. Trend:

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycanvətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərininistiqamətləri genişləndirilir.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumat yayıb.

Belə ki, 27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlarfərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinəsəfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq“Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldəedə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 günnəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlıkeçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadizqəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçınmarşrutu ilə mümkün olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqlamaksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləridedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyatnişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdətutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “YolumuzQarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, minatəhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı,həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, minatəhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərədaxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdankənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfərmarşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana vədigər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərinihəyata keçirə bilərlər.

Seçilən
17
49
Mənbələr
Şərh ()
Bağla