AZ

Ermənistanı silahlandıran ölkələrin məqsədi regionda vəziyyəti gərginləşdirməkdir (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Ermənistanın silahlandırılmasında Fransa, Hindistan vəYunanıstan fəal iştirak edir.

Bunu Trend-ə hərbi ekspert Azər Bayramovbildirib.

O bildirib ki, Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonraarsenalında yetərincə silahını itirdi.

"Silahları bərpa etmək və onları revanşa ümidləndirməkcəhdlərini müşahidə edirdik. Bu silahlanma Ermənistana heç birhalda köməklik etməyəcək. Çünki Ermənistan ordusunun yenidəndirçəldilməsi və Ordumuzla rəqabət apara biləcək gücə gətirilməsiqeyri-mümkündür. Fransanın təkidi ilə regiondakı öz hərbimövcudluğunu qurmaq üçün belə riyakar fəaliyyətlərə əl atır. BurdaFransanın yeganə məqsədi mövcud vəziyyəti gərginləşdirməkdir", - odeyib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 23-də ADAUniversitetində təşkil olunan “COP29 və Azərbaycan üçün YaşılBaxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki,Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşısilahlandırır, biz oturub gözləyə bilmərik.

Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərinivurğulayan dövlətimizin başçısı qeyd edib:

“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər vəhətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Bizsadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildəErmənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağaçalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,biz ciddi tədbirlər görməli olacağıq”.

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla