AZ

DƏHŞƏT: 21 yaşlı gənc qətlə yetirdiyi anasının barmaqlarını kəsib bankdan pul götürməyə ÇALIŞDI - VİDEO

DƏHŞƏT: 21 yaşlı gənc qətlə yetirdiyi anasının barmaqlarını kəsib bankdan pul götürməyə ÇALIŞDI - VİDEO

Braziliyada tükürpədən hadisə baş verib.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Salvador şəhərində yaşayan 21 yaşlı Xose Natan Karvalyo anasını çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb. 58 yaşlı qadın evində barmaqları kəsilmiş vəziyyətdə tapılıb.

Baş verən qorxunc hadisədən sonra, qadının oğlu polislər tərəfindən saxlanılıb. Araşdırma aparılan zaman cinayət ilə bağlı təfərrüatlar üzə çıxıb.

21 yaşlı cinayətkarın anasının bank hesabındakı pulu götürmək üçün onun barmaqlarını kəsdiyi öyrənilib. Məhkəmədə Karvalyo anasını daha əvvəl ona qarşı qara sehrli ritual etdikdən sonra öldürdüyünü iddia edib. Lakin daha sonra qandonduran həqiqətlər üzə çıxıb.

Qadının meyiti çarşaf və dəsmala sarılmış halda tapılıb. Qohumlarının qadının evinə getdiyini və kəskin qoxu hiss etdikdən sonra polisə xəbər verildiyi bildirilib.

Polis əməkdaşları tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.

DƏHŞƏT:

Seçilən
104
26
Mənbələr
Şərh ()
Bağla