AZ

Ermənistan və Çexiya hərbi sahədə əməkdaşlıq edəcək


Ermənistan və Çexiya Müdafiə Nazirliklərinin nümayəndələri İrəvanda hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 22-də Çexiya Müdafiə Nazirliyinin Sənaye Əməkdaşlığı Agentliyinin baş direktoru Radka Konderlovanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Nümayəndə heyətinin tərkibinə Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri də daxil olub.
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla görüşdə Ermənistan və Çexiya arasında hərbi-texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə edilib. Həmçinin, görüş zamanı müəyyən razılıqlar əldə olunub.
Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla