AZ

TƏCİLİ: Ərəb dövlətləri fövqəladə iclas keçirdi

Ərəb dövlətləri Liqası İsrail ordusunun 200 gündən artıqdır ki, hücumlarını davam etdirdiyi Qəzza zolağında baş verənləri müzakirə etmək üçün daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirib.

KONKRET.az Misirin rəsmi xəbər agentliyi MENA-ya istinadən xəbər verir ki, birlik İsrailin Qəzza zolağı, İordan çayının qərb sahili və Əl-Əqsa məscidində Fələstin xalqına qarşı təcavüzü və soyqırımını şiddətlə pisləyib.

İsrail ordusunun Rəfah şəhərinə hücum niyyətinin Fələstin xalqına qarşı yeni bir qətliam mənasına gəldiyinə dair xəbərdarlıq edən birlik Fələstinin BMT-yə tam üzvlük müraciətinə ABŞ-ın veto qoymasını pisləyib.

Ərəb Liqası bəyan edib ki, veto onun göstərir ki, ABŞ regionda sülh, təhlükəsizlik və sabitliyi dəstəkləmir və iki dövlətli həlli nəzərdə tutan bəyannaməyə zidd hərəkət edir. “ABŞ və Avropa Birliyi ölkələri İsrailə silah və sursat ixracı, eləcə də İsrailin Fələstin xalqına qarşı soyqırım cinayətində istifadə etdiyi pilotsuz uçuş aparatlarının istehsalının maliyyələşdirilməsi dayandırılmalıdır”.

Ərəb Liqası Fələstin Dövlətini tanımayan bütün ölkələri bölgədə və dünyada sülh şansını xilas etməyə çağırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla