AZ

Polşa çağırışçı yaşında olan Ukrayna vətəndaşlarını geri qaytaracaq

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, ölkə hakimiyyəti çağırışçı yaşında olan Ukrayna vətəndaşlarının geri qaytarılmasında Ukraynaya kömək etməyə hazırdır.

Onun sözlərinə görə, Polşa tərəfi artıq ukraynalı həmkarlarına qaçqınlar arasından hərbi qulluqçuların ekstradisiyasında yardım təklif edib, lakin bu yardımın forması hələ razılaşdırılmayıb: “Düşünürəm ki, bir çox soydaşlarımız kafelərdə ukraynalı gənc kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirdilər və qəzəblənirlər.

Mən təəccüblənmirəm ki, cəbhədəki ukraynalılar dünyaya səpələnmiş həmyaşıdlarına qarşı öz şikayətlərinə haqq qazandırırlar”, – Kosiniak-Kamış Polsat News-a müsahibəsində deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla