AZ

ABŞ Ukraynaya gizlicə uzaq mənzilli raketlər verib - Sallivan

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Birləşmiş Ştatlar son həftələrdə Ukraynanı gizli şəkildə ATACMS uzaqmənzilli raketlərlə təchiz edib,.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, həmin raketlər 300 km-ə qədər məsafəni qət edir. Onlar Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib və keçən həftə ilk dəfə tətbiq olunub.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, aprelin 17-də ATACMS-la Krımda Rusiya aerodromunu atəşə tutulub.


Telegram kanalımız
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla