AZ

Sensasion iddia: İsrail Rəfahı işğal etməyə hazırlaşır

Vətəninfo.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qurudan müdaxilə etməyə hazırlaşır.
İsrailin rəsmi KAN telekanalının adı açıqlanmayan hərbi mənbələrə istinadən yaydığı məlumata görə, İsrail ordusu Rəfahda əməliyyat keçirməyə hazırlaşır.
Kanalın hərbi xəbər şərhçisi İtay Blumental deyib: “İsrail ordusunun planına əsasən, Rəfahdakı 1 milyondan çox fələstinlidən bölgəni tərk etmələri və Qəzza zolağının cənub və mərkəzi hissəsində yeni hazırlanmış sığınacaqlara köçmələri istəniləcək”.
Blumental qeyd edib ki, Qəzzanın cənub və mərkəzi hissəsində beynəlxalq yardım təşkilatları və digər dövlətlər tərəfindən Rafahı tərk edən məcburi köçkün fələstinlilər üçün minlərlə çadır hazırlanıb.
Planın ABŞ və adını çəkməyən region ölkələrinə təqdim edildiyini bildirən Blumental İsrail ordusunun Rəfahda irəliləyişinin mərhələli şəkildə olacağını bildirib.
Blumental əməliyyat başlamazdan əvvəl təxliyə ediləcək fələstinlilərə bu barədə məlumat veriləcəyini vurğulayıb.
Blumentalın sözlərinə görə, Rəfah şəhərinin boşaldılması 4-5 həftə çəkəcək.
“İsrail Hayom” qəzeti əməliyyat qərarının Qəzzadakı Həmas lideri Yəhya Sinvarın bir neçə gün əvvəl vasitəçilər vasitəsilə edilən təklifə mənfi cavab verməsi nəticəsində alındığını bildirib.
1,5 milyon fələstinlinin sığındığı Rəfahı hədəf alan İsrail humanitar fəlakət xəbərdarlıqlarına baxmayaraq, bölgəni işğal etməkdə israrlıdır.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla