AZ

TikTok ABŞ-də bağlanır?

ABŞ prezidenti Co Bayden tərəfindən TikTok-u qadağan edən qanunun təsdiqindən sonra TikTok-un baş direktoru Şou Zi Çeu açıqlama verib.

Bakupost.az xəbər verir ki, Amerika Konqresi sosial media tətbiqi TikTok ilə bağlı kritik qərar qəbul edib.

ABŞ Çinin ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok üçün qanun layihəsini təsdiqləyib.

Proqram Çin şirkəti tərəfindən satılmazsa, ABŞ-da qadağan olunacaq. TikTok-un sahibi ByteDance-ə bunun üçün 12 ay vaxt verilib.

TikTok-un icraçı direktoru Şou Zi Çeu məsələ ilə bağlı açıqlama verib.

Şou, sözügedən qanunun qarşısını almaq üçün başlayacaqları hüquqi mübarizəni qazanmağı gözlədiklərini ifadə edib:

“Əmin olun, heç yerə getməyəcəyik. Faktlar və konstitusiya bizim tərəfimizdədir və biz bu müharibədən qalib çıxacağımıza ümid edirik”.

TikTok-un ictimai siyasət rəhbəri Maykl Bekkerman işçilərinə bildiriş göndərərək qanunvericiliyin TikTok-un 170 milyon amerikalı istifadəçisinin hüquqlarını açıq şəkildə pozduğunu bildirib.

Beckerman həmçinin işçilərə bildirib ki, şirkət hüquqi etiraz üçün məhkəmələrə müraciət edəcək.

Elnur
BakuPost

Seçilən
87
50
Mənbələr
Şərh ()
Bağla