AZ

Hamilə qadını öldürən şəxs 20 ildən sonra həbs edildi

20 il əvvəl hamilə qadını öldürmüş şəxs müəyyən edilib.

KONKRET.az xəbər verir ki, 2003-cü il oktyabrın 6-da Rusiyanın Krasnoyarsk şəhər, Partizana Jeleznyaka küçəsindəki ticarət pavilyonunda 22 yaşlı hamilə qadın qətlə yetirilmişdi.

“Qadının qətli ilə bağlı cinayət işi açılsa da, həmin vaxt cinayəti törədən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdı”, – deyə məlumatda bildirilir.

Bir neçə ildən sonra müstəntiqlər qətldə 44 yaşlı yerli sakinin əli olduğunu müəyyən edə biliblər.

Məlum olub ki, həmin şəxsin dostunun satıcı işlədiyi alış-veriş pavilyonunda hamilə qadınla münaqişəsi olub. Aralarında mübahisə daha da dərinləşib. Özündən çıxan 24 yaşlı rus qadını iplə boğub və hadisə yerindən qaçıb.

“Bilə-bilə hamilə olan qadını qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə məlumata bildirilirb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla