AZ

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər ələ keçib

Bakı. Trend:

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisindəmüxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfərsaxlanılıb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərinsatışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdidyaratması nəzərə alınaraq, onların satışının qarşısının alınmasıistiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlərgörülür.

Belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdəvə paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşənmağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü HüseynovNurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı iltəvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz,1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinəgörə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyənolunaraq saxlanılıblar.

Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdətutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraqgötürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarınınfəaliyyəti məhdudlaşdırılıb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiqekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırmaaparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinəhüquqi qiymət veriləcəkdir.

Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahlarınsatışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkiledən şəxsləri əməllərindən çəkinməyə çağırır.

Seçilən
14
21
Mənbələr
Şərh ()
Bağla