AZ

"Azərmaş" barəsində inzibati protokol tərtib edildi

"Azərmaş group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmrəliyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 25 Aprel 2024, 09:43   
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla