AZ

Matviyenko: “Rusiya sərhədləri bağlamaq fikrində deyil”

Rusiya hakimiyyəti ölkə sərhədlərini bağlamağı və ya vətəndaşların xaricə getməsinə mane olmağı planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

“İnsanların dünyanı gəzmək hüququ var. Rusiya açıq ölkədir və hakimiyyətin sərhədləri bağlamaq planları yoxdur”.

Federasiya Şurasının sədri onu da qeyd edib ki, Rusiya müxtəlif səbəblərdən xaricdə olan həmvətənlərini gözləyir. “Obyektiv səbəblərdən ölkəmizə girişi qadağan olunanlar istisna olmaqla, ölkəmizə girişi tam qadağan etmək fikrində deyilik. İnsanlarımızın evə qayıtmasını gözləyirik”, – deyə Matvienko bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla