AZ

“Zirə” kuboku qazansa…

Azərbaycan Kubokunun yarımfinalında “Qəbələ”ni üstələyən “Zirə” titula yiyələnmək və Avropa Lqiasına vəsiqə qazanmaq üçün finalda “Qarabağ”a qalib gəlməlidir.

Futbolinfo.az saytı xəbər verir ki, bu baş verərsə, qəsəbə təmsilçisi qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Lakin Rəşad Sadıqovun yetirmələrinin UEFA əmsalı aşağı olduğundan, komanda püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaq. Yəni püşk “Zirə”yə güclülərin səbətində qərarlaşacaq komandalardan birini rəqib edəcək.

Hələlik Avropa Liqasında 1-ci təsnifat mərhələsinin yalnız bir iştirakçısı məlumdu. Bu, Qazaxıstan təmsilçisi “Tobol”dur. Lakin adıçəkilən komandanın səbəti hazırda qeyri-müəyyəndir. “Zirə” kuboku qazansa, çox güman ki, “Tobol” mümkün rəqiblər sırasında olacaq.

Qeyd edək ki, Avropa Liqasında I raundun püşkü iyunun 18-də atılacaq.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla