AZ

Sağlamlığımız üçün BÖYÜK TƏHLÜKƏ – Apteklər artır, peşəkar əczaçılar azalır...

Son zaman sürətlə genişlənən apteklər şəbəkəsində qeyri-peşəkar əzcaçıların yer alması ciddi narahatlıq doğurur. Nəzərə alaq ki, bir çox insanlar həkim əvəzinə apteklərdəki satıcılara müraciət edir, onlardan məsələhət alır. İxtisassız satıcı isə məsuliyyət hiss etmədən kommersiya məqsədi ilə vətəndaşa müxtəlif dərmanlar məsləhət görür. 

Təbii ki, bu cür “məsləhətlər” də sonda ciddi fəsadlara yol açır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim Abbas Bağırov bildirib ki, apteklərdə ixtisassız kadrların əmək fəaliyyəti ilə məşğul olması hallarına son zamanlara daha çox rast gəlindiyinin  şahidi oluruq:

“Bu məsələ ilk növbədə sahibkarın farmasiya sahəsinin nə qədər mühüm və məsuliyyətli olmasını bilməməsi  ilə bağlıdır. Aptek sisteminə təkcə biznes sahəsi kimi baxmaq düzgün deyil. Aptekdə çalışan mütəxəssisin reseptləri düzgün oxuyub, dərman maddələrinin düzgün buraxılmasına, yazılmış dərman formalarına, onların dozasına, dərmanların farmaseptik və biokimyəvi uyuşmazlığının olmasına nəzarət etməkdə xüsusi biliyi olmalıdır”.

“Apteklər çoxalır, kadrlar azalır”

Abbas Bağırov onu da qeyd edib ki, son zamanlar dərman istehlakına tələbat artdığından aptek şəbəkəsi də buna müvafiq olaraq  genişlənməkdədir:

“Apteklərin sayının günü -gündən artmasına rəğmən provizor və əczaçı ixtisasılı  mütəxəssislərin sayının kifayət qədər olmaması, habelə müxtəlif şərtlərlə iş yeri tapıb minimum əmək haqqı ilə razılaşdırılaraq, əmək fəaliyyətinə qeyri-ixtisas sahiblərinin cəlb edilməsi, ali təhsilli kadrların xarici ölkələrə üz tutması kimi hallar ölkədə provizorların sayının yetərsiziliynə zəmin yaradır.  

Bu halda sahibkarlar gecə və gündüz növbələrində işləmək üçün qeyri peşəkar kadrları işə qəbul edir və bu da öz növbəsində əczaçılıq xidmətinin keyfiyyətinə mənfi təsir göstərir”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
80
24
Mənbələr
Şərh ()
Bağla