AZ

Yaponiya Rusiyanın bu qərarından təəssüfləndi

Yaponiya Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsindən təəssüflənib.

KONKRET.az xəbər verir ki, BMT-də kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsi Rusiya tərəfindən rədd edilib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti daşıyan Rusiya bu qətnaməyə veto qoymaqla düzgün seçim etməyib.

Hayaşi vurğulayıb ki, Tokio kosmosun nüvə silahlarından azad bir ərazi olaraq qalacağına qəti şəkildə inanır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsinə düzəlişini qəbul etməyib. Moskva sənədin qəbuluna mane olub.

Aprelin 25-nə keçən gecə keçirilən səsvermə zamanı qətnaməni 13 ölkə dəstəkləyib, Çin bitərəf qalıb, Rusiya isə vetosundan istifadə edib.

Moskva və Pekin təkcə kütləvi qırğın silahlarını deyil, kosmosda istənilən silah növünü qadağan edən bənd layihəsinin təqdim edilməsini təklif ediblər.

Natiq Səlim,

KONKRET.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla