AZ

Premyer Liqada yeni antirekord

"Şeffild Yunayted" İngiltərə Premyer Liqasının XXIX turundan təxirə salınmış oyunda "Mançester Yunayted"ə məğlub olub - 2:4.

Futbolpress.az xəbər verri ki, sözügedən komanda çempionatda bu mövsüm 34 oyunda 92 qol buraxıb. Bu, Premyer Liqa tarixinin antirekordudur.

Bundan əvvəlki antirekord "Derbi Kaunti"yə aid idi. Bu komandas isə 2007/2008 mövsümündə 38 oyunda 89 qol buraxmışdı.

"Şeffild Yunayted" 34 oyundan sonra 16 xalla turnir cədvəlində sonuncu - 20-ci sıradadır.
Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla