AZ

KİV: İsrail ordusu Qəzzanın mərkəzi və şimal hissələrinə artilleriya zərbələri endirib

İsrail qüvvələri Qəzza zolağının mərkəzi və şimalında bir neçə hədəfi atəşə tutub.

BAKU.WS xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail artilleriyası anklavın mərkəzi hissəsində Deyr əl-Bələ və Vadi Qəzzada bir neçə hədəfi vurub. İsrail hərbçilərinin Cəbəliyyə və Qəzza şəhərində, xüsusən də şimal-qərb hissəsində artilleriya atəşi barədə də məlumatlar var.

Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla