AZ

Premyer Liqa tarixində antirekord

İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Şeffild Yunayted” bir mövsümdə buraxılan qol sayında tarixin ən zəif göstəricisini rəsmiləşdirib.

Bu, XXIX turun “Mançester Yunayted”lə görüşündə rəsmiləşib. Şeffild təmsilçisi 2:4 hesabı ilə uduzub.

Bununla da autsayderin buraxdığı qolların sayı 92-ya çatıb. Bu, 20 komandalı, 38 oyundan ibarət mövsümlər üçün antirekorddur. 2007/08 mövsümündə "Derbi Kaunti" 89 top buraxıb.

42 oyunluq mövsümlərin antirekordu “Suonsi”yə məxsusdur. Uelslilər 1993/94 mövsümündə 100 qol buraxıblar.

Qeyd edək ki, “Şeffild Yunayted” 34 oyundan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
25
3
Mənbələr
Şərh ()
Bağla