AZ

Meyvə şirəsini açdılar: İçindən KİF ÇIXDI - VİDEO

Meyvə şirəsini açdılar: İçindən KİF ÇIXDI - VİDEO

Meyvə şirəsini açdılar və içərisindən təhlükə çıxıb. Bunu əks etdirən görüntülər isə narahatlıq yaradıb. Necə olub ki, meyvə şirəsi təhlükəyə çevrilə bilər.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər" araşdırma aparıb. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Azyaşlıların sevdiyi kiçik qablaşdırmalarda olan meyvə şirəsi köhnəlib və içindən kif çıxıb. Bu kadrlar isə valideynlər arasında narahatlıq yaradıb.

"Kim bu meyvə şirələrini istehsal edirsə, buna vicdanla yanaşmalıdır. Bu meyvə şirəsini körpələr içir. Biz nə bilək. Bu şirələri onlara etibar edərək alırıq".

Bəs necə olur ki, meyvə şirələri bu şəkildə kiflənır:

"Bəzən daşınma zamanı paketin içərisində deşilmə yaxud əzilmə baş verir. Bu zaman paketə daxil olan oksigen ilə meyvə şirəsində reaksiya gedir. Bu da kifin əmələ gəlməsinə səbəb olur və kif möhtəviyyatı artaraq bu zaman o açıldıqda ortaya çıxır. Ona görə də mütləq şəkildə istehlakçılar meyvə suyu alarkən birinci növbədə paketin tamlığına, əzilməmiş olduğuna diqqət yetirməlidirlər".

Ətraflı "Atv Xəbər"in süjetində:

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla