AZ

Amerikalı general: "NATO-nun Avropadakı təlimləri Rusiyaya qarşı keçirilir"

NATO-nun Avropadakı təlimləri faktiki olaraq Rusiyaya qarşı keçirilir.

APA xəbər verir ki, bunu ABŞ-nin Avropadakı quru qoşunlarının komandanı, general Darril Uilyams “New York Times” qəzetinə müsahibəsində bildirib.

“Bu il biz faktiki olaraq ruslara qarşı təlimlər keçiririk. Biz potensial rəqibimizlə mübarizə aparırıq. Təlimlər NATO qüvvələrinin Soyuq Müharibədən bəri ən böyük nümayişi olacaq”, - general vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, Rusiya Ukrayna münaqişəsində qalib gələrsə, NATO ölkələrinə hücum edə bilər.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla