AZ

Türkiyəli alim LDU-da olub

Türkiyənin Afyon Kocatepe Universitetinin dosenti Mehmet Fatih BOZKURT Erasmus + layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

AzEdu.az xəbər verir ki, Türkiyəli tədqiqatçı Lənkəran Dövlət Universitetinin “Baytarlıq” ixtisası tələbələrinə mühazirə oxuyub və heyvanlarda olan patoloji xəstəliklər barədə məlumat verib.

 


Lənkəran Dövlət Universitetinin rektoru, prof. N. İbrahimov türkiyəli alimi qəbul edib. Görüş zamanı prof. Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin Türkiyə universitetləri ilə olan əməkdaşlığından, qarşılıqlı əlaqələri gücləndirmək istiqamətində görülən işlərdən söz açıb. Söhbət zamanı dosent Mehmet Fatih BOZKURT rektor Natiq İbrahimova Afyon Kocatepe universitetinin baytarlıq klinikasından bəhs edib və həyata keçirilən layihələr haqqında məlumat verib.

 

Görüşün sonunda hörmətli qonağa xatirə hədiyyəsi təqdim edilib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla